Bu apteklərdə nöqsanlar AŞKARLANDI

17:11 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayında ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda keçirilib.

Bu barədə hafta.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsanlar faktı aşkar olunub.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.